ABŞ prezidenti Donald Tramp cümə günü KİV-in ABŞ administrasiyasının İranın uranın zənginləşdirilməsi ideyasından imtina etməsi şərti ilə Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar sərmayə almasına kömək etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.
“Yalan mediada kim deyir ki, “Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir”? Mən bu gülünc ideyanı heç eşitməmişəm. Bu, yalançı medianın [məni] alçaltmaq üçün uydurduğu növbəti yalandır. Bu insanlar xəstədir!” Bu barədə dövlət başçısı Truth sosial şəbəkəsində yazıb. (Tass)