Almaniyanın xarici işlər naziri Johann Wadephul deyib ki, onun ölkəsi İran ətrafındakı vəziyyətlə bağlı tam kəşfiyyat məlumatlarına malik deyil və buna görə də ABŞ və İsrailin ona zərbə endirməsinin zəruriliyi ilə razılaşmalı idi.
“Biz almanlar ABŞ və israillilərin bütün kəşfiyyat məlumatlarına malik deyilik. Onlar bizə dedilər ki, bu, onların nöqteyi-nəzərindən zəruridir – və biz bunu belə qəbul etməliyik”, – nazir Die Zeit qəzetinə müsahibəsində deyib.
Wadeful qeyd edib ki, İsrail keçmişdə İran tərəfindən hücuma məruz qalıb və tədbir görmək üçün ciddi əsasları var. “O zaman şübhə yaranarsa, bizim yerimiz İsrailin tərəfindədir”, – Almaniyanın xarici işlər naziri bildirib. Eyni zamanda, o qeyd edib ki, İranın nüvə proqramının tamamilə məhv edilməsinə “ciddi şübhələrin olması icazəlidir”.