Avqust 18, 2025-23:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

2025:06:30 - 14:15
in MƏDƏNİYYƏT
A A

Ölkənin aparıcı foto təşkilatı “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Gilavar fotoqrafiya məktəbi” layihəsi uğurla davam etdirilir.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi foto sənətinə marağı olan gənclərə dəstək göstərmək, bu sahədə ilk addım atmaları üçün nəzəri və praktiki bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, peşəkar və yaradıcı fotoqrafların yetişməsinə töhfə verməkdir.

Ödənişsiz şəkildə təşkil olunan təlim kursunda müsahibə yolu ilə seçilmiş 50 gənc iştirak edir. Nəzəri və praktiki hissələrdən ibarət təlim kursunda iştirakçılara fotoqrafiyanın əsasları, fototexnikanın sirləri, fotostudiya şəraitində çəkiliş, fotojurnalistika, fotoredaktə proqramları haqqında bilgilər öyrədilir, müxtəlif tapşırıqlar verilir.

Dərslər peşəkar fotoqraflar, “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rauf Umudov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Tofiq Babayev tərəfindən aparılır.

Kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. Yekunda iştirakçıların çəkdiyi fotolardan ibarət fotosərginin keçirilməsi nəzərdə tutulur.

Layihə Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Əvvəlki Yazı

Peskov: Rusiya Azərbaycanla yaxşı münasibətləri davam etdirməkdə maraqlıdır

Növbəti Yazı

İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.