Türkiyə və Böyük Britaniya Rusiya və Ukrayna arasında atəşkəs cəhdlərini dəstəkləyir. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada britaniyalı həmkarı Devid Lammi ilə danışıqlardan sonra bildirib.
“Qəzza, Suriya, İran, İraq, Rusiya və Ukrayna arasındakı müharibə məsələlərinə dair fikirlərimiz böyük ölçüdə üst-üstə düşür. Hər iki tərəf Rusiya və Ukrayna arasında atəşkəsin dayandırılması səylərini dəstəkləyir”, – Fidan bildirib.
Onun sözlərinə görə, iki ölkə üçün strateji hədəflərdən biri İran və İsrail arasında atəşkəs rejimini qorumaq, “onun pozulmasının qarşısını almaq və davamlı sülhə qayıtmaqdır”. Fələstin probleminin həllinin yalnız iki dövlətli həll əsasında əldə edilə biləcəyini qeyd edən Fidan, “Digər tərəfdən Qəzzada baş verən humanitar faciəyə ən qısa zamanda son qoymağımız bizim üçün vacibdir” deyib.