Streaming şirkəti Netflix, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə tərəfdaşlıq elan etdi. Xidmət raket buraxılışlarını və astronavtların kosmosda gəzintilərini yayımlamağa başlayacaq.
“Netflix kosmosu evə bir az da yaxınlaşdırmaq üçün NASA ilə birləşir” deyə şirkət X-də yazıb.
Bəyanatda həmçinin deyilir ki, Netflix “bu yaydan etibarən Beynəlxalq Kosmik Stansiyadan (BKS) raket buraxılışları, astronavtların kosmosda gəzintiləri, missiyanın əhatə dairəsi və Yerin nəfəs kəsən mənzərələrini canlı yayımlayacaq”. (Tass )