ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərdə iştirakının qarşısının alınması ilə bağlı iddia üzrə dinləmələr bu həftə Kolorado və Minnesota ştatlarında başlayacaq. Bu barədə Associated Press məlumat yayıb.
Onun sözlərinə görə, Trampın Koloradoda səsvermədə iştirakdan kənarlaşdırılması ilə bağlı iddia üzrə dinləmələr oktyabrın 30-da başlayır, Minnesota Ali Məhkəməsində isə keçmiş prezidentin həmin ştatda seçicilər siyahısından çıxarılması cəhdi ilə bağlı şifahi mübahisələr noyabrın 2-nə təyin edilib. (Tass)