İsrailin baş naziri Benyamin Netanyahu İsrail Nazirlər Kabinetinin iclasının əvvəlində bildirib ki, gələn həftə Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff ilə görüşməyi planlaşdırır.
“Gələn həftə ABŞ prezidenti Donald Tramp, vitse-prezident Vens, dövlət katibi Rubio, müdafiə naziri Heqset, həmçinin Stiv Vitkoff və ticarət naziri [Hovard Lutnik] ilə görüşlər üçün Birləşmiş Ştatlara səfər etməyim gözlənilir”, – Netanyahu bildirib. Nazirlər Kabinetinin iclası zamanı baş nazirin dediklərini onun ofisi yayıb.
“Bütün bunlar [İrana qarşı Aslan qalxması] əməliyyatı zamanı əldə etdiyimiz böyük qələbə dalğasında baş verir”, – deyə İsrail Nazirlər Kabinetinin rəhbəri əlavə edib.