Amerika səlahiyyətliləri ABŞ Hərbi Dəniz Qüvvələrinin bazaları haqqında məlumat topladığı iddia edilən iki Çin vətəndaşını həbs edib. Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Ədliyyə Departamenti hesab edir ki, Çen Yuanqie və Lai Liren ABŞ Hərbi Dəniz Qüvvələrinin bazaları və onların şəxsi heyəti ilə bağlı kəşfiyyat məlumatları toplayıb və ÇXR Dövlət Təhlükəsizlik Nazirliyinin maraqları naminə tapşırıqları yerinə yetirmək üçün hərbi qulluqçuları cəlb ediblər.
Hər iki şübhəli cümə günü biri Oreqonda, digəri isə Texasda həbs edilib.
ABŞ prokurorlarının sözlərinə görə, həbs olunanlar 2022 və 2023-cü illərdə Vaşinqton ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinin obyektinə və Kaliforniyada işə qəbul mərkəzinə baş çəkiblər. (Tass)