İyul 7, 2025-16:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fazil Mustafa: Rusiyada istənilən hadisənin dövlət orqanları tərəfindən törədilməsi mümkündür

2025:07:02 - 11:40
in SİYASƏT
A A

Rusiya özünü hamıya düşmən olan bir dövlətə çevirir.

Bunu “Report”a açıqlamasında deputat, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

O bildirib ki, bu ölkədə istənilən hadisəni dövlət orqanları tərəfindən vəzifəli olan şəxslərin törətməsi mümkündür:

“Ona görə də fikrimcə daha diqqətli davranmaq lazımdır. Rusiyada yaşayan azərbaycanlılar üçün təxribatçı çağırışlardan, Azərbaycana qarşı olan sistemli hücumlardan daha ehtiyatlı davranaraq əsas verməməyə çalışmaq lazımdır. Çünki Rusiyada biabırçı formada hücumlar edilir. Yekaterinburqda vəkilə və iş adamlarına, diaspor rəhbərinin maşınına hücum edilir. Heç təklif olunmur ki, maşından düşsün. Maşının şüşəsini qırandan sonra diaspor rəhbərini yerə yıxıb təhqir edirlər. Rusiyada bu çox acınacaqlı hərəkətdir”.

Deputat qeyd edib ki, Rusiyada yaşamaq hər hansı bir insan üçün təhlükəyə çevrilməkdədir:

“Burda daha diqqətli olunmalıdır. Prosesə Azərbaycan dövləti də, rəsmi orqanları da öz iradlarını, münasibətlərini Rusiya tərəfə sərt formada çatdırmalıdır. Bu işin axırı xoş istiqamətə getmir. Rusiya özünü hamıya düşmən olan bir dövlətə çevirir. Bu olduqca ciddi təhlükə yaradır. Bütün hallarda xoşagələn vəziyyət deyil. Hər halda biz çalışmalıyıq ki, azərbaycanlıların bu cür təhqirə məruz qalması imkan verilməsin. Buna öz dəstəyimizi əsirgəməyək”.

Əvvəlki Yazı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Növbəti Yazı

Səfərov qardaşlarının meyitlərində aşkarlanan xəsarətlər açıqlandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.