İyul 6, 2025-23:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır

2025:07:02 - 13:00
in MƏDƏNİYYƏT
A A

İyulun 4-də Azərbaycan Dövlət Kukla Teatrında “Sirli dolça” tamaşasının premyerası olacaq.

Teatrdan AZƏRTAC-a verilən məlumata görə, “Ağ daşın sirri” adlı Azərbaycan xalq nağılı əsasında hazırlanan yeni tamaşanın səhnələşdirmə və quruluş müəllifi dəvətli rejissor, Əməkdar artist Rauf Avşarovdur.

Səhnə tərtibatçısı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkar Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli uşaq tamaşasında obrazları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Rəhim Rəhimov, Yasin Abbasov, Vüqar İsmayılov, Könül Nəsibova canlandıracaqlar.

Əyləncə və sehr dolu nağıl-tamaşada qəhrəmanlar izləyiciləri həm də bir sıra mətləblərdən agah edəcəklər: dürüstlüyün ən böyük güc olduğu, saf sevgi və sədaqət kimi hisslərin bütün maneələri dəf etdiyi, zəkanın fiziki gücdən daha öndə olduğu və s.

“Sirli dolça” tamaşasının hekayəti də maraqlıdır.

Qocalıb əldən düşən hökmdar taxt-tacının kimin əlinə keçəcəyi, xalqına kimin rəhbərlik edəcəyi barədə çox düşünür. Gözünün ağı-qarası bir qızı olan Padşah onu çoxdan narahat edən məsələni Vəziri ilə bölüşür. Vəzir ona qızının artıq həddi-buluğa çatdığını, ərə getməli olduğunu deyir.

Amma bu sözlər Padşahın ağlına batmır. Bilir ki, Şahzadə ilə evlənəcək şəxs mütləq taxt-tacına da sahib olacaq. Elə bu zaman bir Dərviş peyda olur və Padşah ondan kömək umur.

Sonra hiyləyə əl atan Padşah qızına elçi düşən bir çox gəncin həyatına son qoyur. Dolçaya bir qara və bir ağ daş əvəzinə iki qara daş qoyur və nəticədə qızı ilə evlənmək istəyənlər ağ daşı tapa bilməyərək dar ağacından asılırlar.

Atasının əməlindən xəbər tutan qızı onun planını pozur və bir dürüst gənc ağ daşı taparaq Şahzadə ilə evlənir.

Padşah da sonda əməlindən peşman olur…

Tamaşa klassik kukla texnikasında parket kuklalarla ərsəyə gətirilib.

Əvvəlki Yazı

NDU-nun tələbələri Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaq

Növbəti Yazı

İsmayıl Manafov: “Ələtdə yük hava limanının inşası 2027-ci ilin I rübündə başa çatacaq”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.