Vaşinqtonun bəzi silahların, o cümlədən Patriot hava hücumundan müdafiə raketlərinin tədarükünü dayandırdığı məlum olduqdan sonra Ukrayna Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli çağırıb. Bu barədə Ukrayna departamentinin saytında məlumat verilib.
“Amerikalı diplomatla söhbətin əsas mövzusu ABŞ-ın hərbi yardımı və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq olub”, – məlumatda deyilir. “Ukrayna tərəfi vurğuladı ki, Ukraynanın müdafiə qabiliyyətinin dəstəklənməsində istənilən ləngimə və ya süründürməçilik sülh axtarışına yox, yalnız müharibənin davam etdirilməsinə səbəb olacaq”.
(Tass)