İsrailin baş naziri Benyamin Netanyahu brifinq zamanı bildirib ki, HƏMAS-la atəşkəs mümkün deyil, çünki bu halda İsrail düşmənə boyun əyəcək və təslim olacaq. O, hazırkı münaqişəni Pearl Harborun bombalanması və ABŞ-da 11 sentyabr faciəsi ilə müqayisə edib.
Mən İsrailin atəşkəslə bağlı mövqeyinə aydınlıq gətirmək istəyirəm. ABŞ Pearl Harborun və ya 11 sentyabrın bombalanmasından sonra atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-də baş verən dəhşətli hücumdan sonra Həmas-a qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq. Atəşkəs çağırışları HƏMAS-a, terrora və barbarlığa təslim olmaq çağırışları deməkdir. Bu baş verməyəcək ”, – Netanyahu bildirib. (Tass)