Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bu həftə İsrailə səfər edəcək. O, bu barədə parlamentin aşağı palatasının büdcə komissiyasında müzakirələr zamanı bildirib.
“Əgər şərait imkan verərsə, bu həftənin ikinci yarısında İsrailə səfər etməyi planlaşdırıram” deyib. Kamikava vurğulayıb ki, Yaponiya tərəfi İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş diplomatik səyləri davam etdirəcək.
Yaponiya hökuməti dəfələrlə vurğulamışdır ki, o, “HƏMAS-ın İsrailə qarşı terror hücumlarını” pisləyir, eyni zamanda münaqişənin bütün tərəflərini beynəlxalq hüquqa hörmət etməyə çağırır. (Tass)