İran hakimiyyətinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarı narahatlıq doğurur. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Biz rəsmi qərarı gördük və bu, açıq-aydın narahatlıq doğurur. Düşünürəm ki, [BMT] baş katibi Antonio Quterreş İranın MAQATE ilə əməkdaşlığa dair çağırışlarında çox ardıcıl olub”, – o deyib.
Düjarrik əlavə edib ki, İranın qərarı ilə bağlı BMT-yə rəsmi bildiriş göndərib-göndərmədiyi barədə hələlik məlumatı yoxdur.