İyul 7, 2025-12:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Təbiətə 63 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi başlanıb

2025:07:03 - 12:40
in HADİSƏ
A A

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Azərbaycanın 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində, Qusar rayonu Mucuq kəndinin şimal hissəsindəki yaşıllıq ərazidə, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi 45 ünvanında, Şəmkir rayonu Keçili kəndində və Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində meşə fonduna daxil olmayan 233 ədəd ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 63 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 260.2-ci (yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

“Vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırırıq”, – məlumatda qeyd olunub.

Əvvəlki Yazı

Ədliyyə Nazirliyi və Milli Aviasiya Akademiyası Əməkdaşlıq Memorandumu imzalayıb

Növbəti Yazı

Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.