İyul 7, 2025-22:22
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Sahil Babayev: Ötən il Azərbaycanda sosial rifah məsələləri uğurla icra olunub

“2024-cü il Azərbaycanda növbəti uğur il oldu. Ölkədə makroiqtisadi sabitlik qorundu”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir qanun layihəsinin geniş müzakirəsi zamanı bir çox vacib məsələlərin gündəmə gətirildiyini qeyd edib:

“Artıq 15 mindən çox vətəndaş işğaldan azad olunmuş torpaqlarda məskunlaşmağa başlayıb. Sosial rifah məsələləri də kifayət qədər uğurla icra olunub”.

Nazir əlavə edib ki, qarşıdakı dövrdə sosial layihələrin davamlı və daha effektiv həyata keçirilməsi üçün islahatlar genişləndiriləcək.