İyul 7, 2025-16:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Azərpoçt” Yaponiyada beynəlxalq əməkdaşlıq seminarında iştirak edib

2025:07:04 - 12:05
in SİYASƏT
A A
16-20 iyun 2025-ci il tarixində Yaponiyada “Poçt sektorunun inkişafı üzrə beynəlxalq əməkdaşlıq seminarı” keçirilib.

Tədbirdə bir sıra ölkələrin milli poçt operator rəhbərləri, o cümlədən AZCON Holding şirkətlərindən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev iştirak edib.

Seminarın ilk günü Yaponiyanın dövlət rəsmilərinin iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi poçt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Yaponiya poçt xidmətləri təcrübəsinin paylaşılması və gələcək inkişaf istiqamətlərinin müzakirəsi olub.

Poçt işinin təşkilinin əyani şəkildə öyrənilməsi məqsədilə iştirakçılar “Japan Post Rakuten” Logistika Mərkəzinə və “İçikava-Minami” Poçt şöbəsinə səfər edərək poçt logistikasının və çeşidləmə mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Eyni zamanda təşkil olunan ikitərəfli və çoxtərəfli görüşlərdə “Azərpoçt”un inkişaf tarixi və son dövrlərdə həyata keçirilən transformasiya prosesləri barədə iştirakçılara məlumat verilib.

Sözügedən görüşlərdə Yaponiya nümayəndələri, eləcə də iştirakçı ölkələrlə cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci konqresində Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026 – 2029-cu illər üçün namizədliyinin irəli sürülməsi və Azərbaycana səs verilməsi istiqamətində təbliğat işləri aparılıb.Apa.az.

Əvvəlki Yazı

İlham Əliyev: Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var

Növbəti Yazı

Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.