İyul 9, 2025-23:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: İnformasiya agentliyinin ən azı 5 xarici ölkədə jurnalist akkreditasiyasının olması şərti ən önəmlilərdəndir

2025:07:04 - 14:16
in SİYASƏT
A A
“İnformasiya agentliyinin ən azı 5 xarici ölkədə jurnalist akkreditasiyasının olması mövcud şərtlərin bəlkə də ən önəmlilərindəndir. Bu, Azərbaycan mətbuatının beynəlxalq miqyasda və arenada daha əzmlə təşəkkül tapmasına zəmin yaradacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova “Media haqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsində deyib.

Deputat bildirib ki, müzakirənin keçirilməsi üçün seçilən vaxt çox rəmzi və simvolikdir: “Bu ay Azərbaycanda milli mətbuatın yaranmasının 150 ili tamam olur və müzakirə etdiyimiz məsələnin mahiyyəti bu 150 ildə Azərbaycan zehniyyətinin necə vüsətlə inkişaf etdiyini təsdiqləyir.

Qanun layihəsinə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməli tələbi qoyulur. Bu tələb həm media subyektlərimizin adlarındakı monotonluğu ortadan qaldıracaq, həm də onların ideya istiqamətlərinin aydınlaşmasına, media subyektlərinin ənənəvi missiyasının qorunub saxlanmasına rəvac verəcək”.

Deputat qeyd edib ki, müzakirə olunan Qanun layihəsi milli məsələdir: “Hər şeydən əvvəl ona görə ki, mətbuatla bağlıdır. Kim etiraf etməz ki, Azərbaycanda milli özünüdərk prosesinin təşəkkülü, Azərbaycanın dövlət müstəqilliyinin varlığı Azərbaycan mətbuatına borcludur. Dünya mədəniyyətinə çıxışımız da milli mətbuatın hesabına mümkün olub. Bu mənada XX əsrin əvvəllərində Azərbaycan mətbuatı həm ədəbiyyatın, həm də cəmiyyətin istiqamətini müəyyənləşdirir, milli şüurun, eləcə də estetik zövqün gəlişməsini təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz, sərhədlərimiz, ordumuz, dövlətimiz olmadığı üçün bütün boşluqları, təbii ki, Azərbaycan mətbuatı doldururdu”.

Əvvəlki Yazı

Lavrov: Rusiya Səudiyyə Ərəbistanını ABŞ-la mümkün görüşlər üçün platforma olaraq saxlayacaq

Növbəti Yazı

Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.