Çin hakimiyyəti Ukrayna və Yaxın Şərq məsələsində Fransa hökuməti ilə əlaqələri və koordinasiyanı gücləndirməyə hazırdır. Bunu Çinin xarici işlər naziri Van Yi deyib.
“Çin Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki aktual problemlərin həlli üçün Fransa ilə dialoqu və koordinasiyanı gücləndirməyə hazırdır”, – o, Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə mətbuat konfransında bildirib.
Vanq Yinin qeyd etdiyi kimi, Pekin Parislə strateji dialoq yolu ilə bu problemlərin “düzgün həllinə” çalışacaq. Onun sözlərinə görə, Çin bu işdə konstruktiv rol oynamağa hazırdır.