İnsan Hüquqları Şurasının İnsan Hüquqları sahəsində Beynəlxalq Əməkdaşlıq Daimi Komissiyası Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması təklifi ilə Azərbaycan tərəfinə müraciət edib. Bu barədə Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının (VHŞ) Telegram kanalında məlumat verilib.
“Biz Azərbaycan tərəfinə ikitərəfli münasibətlərdə gərginliyin azaldılması və Rusiya vətəndaşlarına qarşı insan hüquqlarının pozulması hallarının ədalətli araşdırılmasına şərait yaradılması təklifi ilə müraciət edirik”, – deyə məlumatda bildirilir.
İHK komissiyası həmçinin Azərbaycanın bütün maraqlı nazirlik və idarələrinə rusiyalı jurnalistlərin həbsdən azad olunmasına köməklik təklifi ilə müraciət edib.
İHK mövcud çatların aradan qaldırılmasının və əməkdaşlıq, humanizm, ədalət və beynəlxalq humanitar hüququn aliliyi prinsiplərinə əsaslanan strateji dövlətlərarası tərəfdaşlıq yoluna qayıtmağın vacibliyini vurğulayıb. (Tass)