ABŞ prezidenti Donald Tramp Dohada İsrail və HƏMAS hərəkatının nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar uğurlu olarsa, bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər, The National mənbələrə istinadən xəbər verir.
Fələstin hərəkatının 60 günlük atəşkəs, 10 girovun azad edilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdə tutan təklif planına müsbət cavab verməsindən iki gün sonra, İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı dolayı danışıqlar iyulun 6-da Qətərin paytaxtında bərpa edilib. Məsləhətləşmələr İsrailin baş naziri Benyamin Netanyahunun bazar ertəsi Vaşinqtona səfərə hazırlaşdığı vaxta təsadüf edir.
Nəşrin qeyd etdiyi kimi, atəşkəslə bağlı qərar İsrail və HƏMAS-ın Dohadakı dolayı danışıqlardan sonra razılıq əldə edib-etməməsindən asılı olacaq. Münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahlarını yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq, The National mənbələrindən biri bildirib.