İyul 12, 2025-15:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bu gün uşaqların sevimlisi “Ələkbər əmi”nin doğum günüdür

2025:07:07 - 10:40
in MƏDƏNİYYƏT
A A

Bir çox televiziya tamaşalarında uğurlu, özünəməxsus obrazlar yaradan, eyni zamanda, Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bir-birindən maraqlı obraz və tamaşalar qalereyası ərsəyə gətirən Əməkdar artist Ələkbər Hüseynov yaradıcılığı ilə ürəklərə yol taparaq, böyük tamaşaçı sevgisi qazanıb.

AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz aktyor, öz duzlu-məzəli çıxışları ilə uşaqların qəlbinə yol tapan Ələkbər Hüseynovun anadan olmasının 64-cü ildönümü tamam olur.

1961-ci il iyulun 7-də Bakıda anadan olan Ə.Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. “Keçəlin toyu” tamaşasındakı “Keçəl” rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

Sənətdə qazandığı nailiyyətlərə görə “Humay” və “Qızıl Dərviş” mükafatlarına layiq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın “Təbəssüm Ordeni” mükafatını alıb. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Əməkdar artist Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də uzunsürən xəstəlikdən vəfat edib.

Əvvəlki Yazı

Baş prokuror Bakıda vətəndaşları qəbul edəcək

Növbəti Yazı

Özəl tərəfdaşlıq çərçivəsində 7 məktəb təmir edilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.