İyul 13, 2025-13:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mərakeşli jurnalistlər Ədəbiyyat Muzeyində qonaq olublar

2025:07:07 - 11:01
in SOSİAL
A A

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının media nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova qonaqlara muzeyin yaranma tarixi, ekspozisiya zalları və nümayiş olunan nadir eksponatlar barədə ətraflı məlumat verib. Həmçinin ziyarətçiləri Nizami Gəncəvi irsi və ümumilikdə klassik Azərbaycan ədəbiyyatının nümayəndələrinin yaradıcılığı ilə tanış edib.

Ziyarət zamanı “Morocco World News”, “Zamane”, “Al-Alam”, “Le Matin”, “Hespress”, “Al Ahdath Al Maghribia”, “Maroc Hebdo” və “Le360” kimi nüfuzlu media orqanlarının təmsilçiləri muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan mətbuat tarixini əhatə edən xüsusi guşə ilə tanış olublar.

Mərakeşli jurnalistlər, həmçinin muzeyin ekspozisiyasında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu barədə məlumat alıblar. Media nümayəndələri Azərbaycan mətbuat tarixinin zənginliyini və milli-mədəni yaddaşdakı yerini əks etdirən qəzet nüsxələri, maarifçi yazıçı-jurnalistlərin şəxsi əşyaları ilə tanış olublar. Onlar belə bir mədəni ocağın həm ədəbiyyatın, həm də ictimai fikrin inkişafında əhəmiyyətli rol oynadığını qeyd ediblər.

Əvvəlki Yazı

Taksi sürücüləri üçün test imtahanı keçiriləcək

Növbəti Yazı

Xaricdə yaşayan İmaməddin Əlimanovun məhkəməsi keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.