İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir israilli girovların azad edilməsi üçün radikal Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın bağlanmasını dəstəklədiyini bildirib. Bu barədə “The Wall Street Journal” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İsrail Baş Qərargahının rəhbəri hesab edir ki, Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi israilli girovların həyatı üçün təhlükə yaradır. O, həmçinin HƏMAS-ı hərbi yolla daha da zəiflətmək cəhdlərinin məqsədəuyğunluğuna şübhə edir.
Nəşr qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu, öz növbəsində, HƏMAS-ın anklavda hakimiyyətdən uzaqlaşdırılması və radikalların tamamilə tərksilah edilməsinin zəruriliyində israr etməkdə davam edir.