İyul 11, 2025-1:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şərqşünaslıq İnstitutu “Fəzlullah Nəimi və hürufilik hərəkatı” kitabını nəşr etdirib

2025:07:07 - 16:35
in SOSİAL
A A
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Fəzlullah Nəimi və hürufilik hərəkatı” kitabını nəşr etdirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri bu elmi müəssisənin Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli, həmin şöbənin elmi işçiləri Elxan Quliyev və Röya Mirzəbəyovadır.

Monoqrafiyada XIII-XIV əsrlərdə Azərbaycanda siyasi-ictimai vəziyyət və hürufilik hərəkatının meydana çıxmasını şərtləndirən amillər tədqiq olunub və hürufilik hərəkatının banisi görkəmli mütəfəkkir Nəiminin həyat və yaradıcılığı, ədəbi irsi farsdilli mənbələr əsasında araşdırılıb. Eyni zamanda, hürufiliyə dair ilk yazılı qaynaqlar nəzərdən keçirilib və monoqrafiyada XII-XIV əsrlərdə Azərbaycanın tanınmış mütəfəkkirləri haqqında məlumatlar öz əksini tapıb.

Eyni kitabda əsər əvvəlcə Azərbaycan dilində, daha sonra ingiliscə təqdim edilir.

Əsər 2 fəsil, nəticə və ədəbiyyat hissəsindən ibarətdir. Birinci fəsil “XIII-XIV əsrlərdə Azərbaycanda sufilik” adlanır. Burada ilk olaraq təsəvvüf və irfan konsepsiyası verilir. Daha sonra XII-XIV əsrlər Azərbaycanın tanınmış ariflərindən, o cümlədən Şəms Təbrizi, Şeyx Səfiyəddin Ərdəbili, Mahmud Şəbüstəri, Əvhədi Marağalı, Hümam Təbrizi, Arif Ərdəbili, Əssar Təbrizi, Qazi Bürhanəddin və İmadəddin Nəsimidən bəhs edilir. Fəslin son bölümündə XIII-XIV əsrlərdə Azərbaycanda siyasi-ictimai vəziyyət və hürufilik hərəkatının meydana çıxması nəzərdən keçirilir.

İkinci fəsil “Fəzlullah ibn Əbu Məhəmməd Nəimi Təbrizi Astarabadi (1339-1401) və hürufilik hərəkatı” adlanır. İlk olaraq Fəzlullah Nəimi və hürufilik hərəkatından bəhs edilir. Daha sonra İslam irfanında “Əməli” və “Nəzəri” irfan məsələsi araşdırılır. Bu fəsildə hürufiliyə dair yazılı qaynaqlara da nəzər salınır. Fəslin son hissəsində Fəzlullah Nəiminin şagirdləri barədə məlumat verilir. Bu sırada görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin, hürufilik tarixində Fəzlullahdan sonra onun təlimlərini Azərbaycan və Yaxın Şərqin bəzi ölkələrində yayan və təbliğ edən ən nüfuzlu tarixi şəxsiyyətlərdən biri Əliyyül-Əla ləqəbi olan Muinəddin Əbülhəsənin və hürufi əqidəsini Anadoluda təbliğ edən tərəfdarlardan biri – İzzəddin Əbdülməcid ibn Fereştenin adlarını qeyd etmək olar.

Əvvəlki Yazı

İran prezidenti: Tehran heç vaxt Trampa qarşı sui-qəsd cəhdlərini dəstəkləməyib

Növbəti Yazı

Pezeşkian: İran ABŞ-la danışıqlara hazırdır, amma etimad problemi var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.