İran müstəqil şəkildə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək iqtidarındadır. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Biz öz ölkəmizi və onun ərazi bütövlüyünü öz gücümüzlə müdafiə etməyə qadirik. Bunu son damla qanımıza qədər edəcəyik. Dəfələrlə qeyd etdiyim kimi, biz müharibə istəmirik və nüvə silahı yaratmağa çalışmırıq, Amerika rəsmilərinin şüurunda bu saxta görüntü İsrailin [İsrail rejiminin] baş naziri və İsrail rejiminin şeytani hiylələri nəticəsində yaranıb. Müharibənin qızışdırılması siyasəti”, – Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində Yaxın Şərqdə münaqişənin yenidən baş verəcəyi təqdirdə İranın Rusiya və Çindən hərbi yardım gözlədiyinə dair suala cavabında deyib.
İsraillə qarşıdurmanın səbəblərindən danışan İran prezidenti deyib ki, hazırkı vəziyyətə görə “dərman və ərzaq idxalına mane olan, məktəb və xəstəxanaları bombalayan, Fələstində genişmiqyaslı soyqırımı həyata keçirən” İsrail hakimiyyəti günahkardır.