Aurillac şəhərində (Kantal departamenti) yüzlərlə arı yoldan keçənlərə hücum edib, nəticədə üç nəfər reanimasiyaya yerləşdirilib. Bu barədə bazar ertəsi BFMTV telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, hadisə iyulun 6-da səhər saatlarında şəhərin mərkəzində baş verib. Otellərdən birinin terrasında yerləşən pətəkdən arı sürüsü bir neçə dəqiqə ərzində yoldan keçənlərə hücum edib. 24 nəfər dişlənib, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, arıların bu cür davranışının səbəbi hələlik məlum deyil. Arıçı Valid Lulidi telekanala verdiyi şərhdə arıların kütləvi hücumu ilə bağlı vəziyyəti “çox nadir” və qeyri-adi adlandırıb. (Tass)