İyun 16, 2025-21:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Balakəndə ümumi məhsul istehsalı 7,8 faiz artıb

2023:10:31 - 12:49
in İQTİSADİYYAT
A A

Bu ilin yanvar-sentyabr aylarında Balakən rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ilkin hesablamalara görə 258 milyon 22 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon 555,6 min manat və ya 7,8 faiz çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov açıqlama verib.

Qurumun rəsmisi bildirib ki, cari ilin 9 ayında rayonda 58 milyon 83,5 min manatlıq sənaye, 114 milyon 677,6 min manat dəyərində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz, aqrar sahədə isə 2,7 faiz artıb. Yanvar-sentyabr aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 7 milyon 892 min manat məbləğində investisiya yönəldilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 469 min ton yük və 4 milyon 881 min nəfər sərnişin daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 11,7 faiz, sərnişin daşınması isə 20,1 faiz artıb.

Doqquz ayda informasiya və rabitə xidmətlərinin həcmi isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 21 faiz artaraq 930,9 min manat olub.

Əvvəlki Yazı

Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

Növbəti Yazı

Yetmişə yaxın KOB subyekti satış imkanlarının genişləndirilməsində dövlət dəstəyi mexanizmlərindən faydalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.