İyul 12, 2025-9:54
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Diplomatların müşavirəsi: Diaspor fəaliyyəti və konsulluq məsələləri müzakirə olundu

Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” mövzusunda yeddinci paneli Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun əsas natiqlər qismində iştirakı ilə keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edlib.

Bildirilib ki, panel müzakirəsi çərçivəsində ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizin təşkilatlanması, onların hüquqlarının qorunması, zəruri konsulluq xidmətləri ilə təmini, böhran vəziyyətlərində təxliyyə məsələləri və digər aidiyyəti məsələlər ətrafında müzakirələr aparılıb.