Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Məhkəməyə qədərki Palatası Taliban lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin sədri Əbdül Hakim Həqqaninin həbsinə order verib. Bu barədə məhkəmənin press-relizində məlumat verilib.
“Bu gün, 8 iyul 2025-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin II Məhkəməyə qədərki Palatası Əfqanıstandakı vəziyyət kontekstində Talibanın ali lideri Heybətullah Axundzadə və avqustun 12-dən faktiki olaraq Əfqanıstanı idarə edən Talibanın ali hakimi Əbdül Hakim Həqqaninin həbsinə order verib”. Bu barədə ICC saytı məlumat yayıb.