Cari ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25,7 milyon ABŞ dolları) birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, elektrik enerjisi (15,4 milyon ABŞ dolları) ikinci və meşə fındığı (10 milyon ABŞ dolları) üçüncü olub.