Vladimir Zelenski Ukraynanın bir sıra ölkələrə, o cümlədən Kanada, Belçika və İsveçə beş yeni səfirinin təyin edilməsi haqqında fərman imzalayıb. Bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Andrey Plaxotnyuk Ukraynanın Kanadaya, Svitlana Zalişçuk Belçikaya, Yaroslav Melnik isə İsveçə səfir təyin edilib. Lakin nəşrdə bu ölkələrdəki hazırkı səfirlərin hara köçürüləcəyi barədə məlumat yoxdur. Təyinatın beş ölkədən daha ikisinin hansı ölkədə olduğu da məlum deyil. Zelenskinin səfirlərin dəyişdirilməsi ilə bağlı fərmanı hələ heç bir yerdə rəsmi olaraq dərc edilməyib.
“Zerkalo Nedeli”nin qeyd etdiyi kimi, iyulun 18-22-də Kiyevdə səfirlərin illik görüşü baş tutacaq və yəqin ki, tədbirdən əvvəl rəsmi olaraq yeni təyinatlar olacaq. (Tass)