Oktyabrın 7-də Qəzzadan olan yaraqlılar İsrailə hücum etməyə başlayandan bəri İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki reydlərdə terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan 1100-dən çox fələstinlini, o cümlədən Qəzza zolağında radikal Həmas hakim partiyasının 710 fəalını saxlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hazırda hərbi əməliyyatların başlanmasından bəri bütün Yəhudeya və Samariyada (İsrailin İordan çayının qərb sahili üçün təyinatı – TASS-ın qeydi) 1110-dan çox axtarışda olan şəxs saxlanılıb, onlardan 710-u HƏMAS terror təşkilatının tərəfdarıdır”, – hesabatda deyilir. (Tass)