4 milyondan çox ukraynalı öz yaşayış yerlərinə qayıdıb, onlardan bir milyondan çoxu xaricdən gəlib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bəyanatında deyilir.
“Milyonlarla insan Ukraynaya qayıtmağa başlayıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 1 milyondan çoxu xaricdən daxil olmaqla 4 milyondan çox insan öz icmalarına qayıdıb”, – mətndə qeyd olunur. Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Emi Popun sözlərinə görə, onun təşkilatı məcburi köçkünlərə və xaricdə yaşayan ukraynalılara öz evlərinə qayıda bilmələri üçün dəstək vermək istəyir. BMqT-nin məlumatına görə, təxminən 4 milyon ukraynalı məcburi köçkün olaraq qalır və daha 5 milyon ukraynalı qaçqın Avropa ölkələrində yaşamağa davam edir. (Tass)