İyul 13, 2025-23:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA: 900-dən çox sahibkar biznes üzrə bilik və bacarıqlarını inkişaf etdiri

2025:07:11 - 12:17
in İQTİSADİYYAT
A A

Bu ilin ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkara 70-ə yaxın ödənişsiz təlim təşkil olunub.

“Report” KOBİA-ya istinadən xəbər verir ki, təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. Təlimlərdə ümumilikdə Bakı və ölkə regionlarından olmaqla 470-ə yaxın biznes subyekti və potensial sahibkar iştirak edib. Daha çox KOB subyektinin ödənişsiz təlimlərdən yararlanması üçün bəziləri onlayn formatda təşkil olunub.

Eyni zamanda KOBİA-nın yaratdığı video təlim platformasındakı onlayn təlim videolarından 301 nəfər ödənişsiz faydalanıb.

Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı KOBİA tərəfindən cari ilin I yarısında 140 sahibkara və biznesə başlamaq istəyən şəxsə peşəkar məsləhət xidməti göstərilib.

Agentliyin dəstəyi ilə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə biznesin qurulması və genişləndirilməsi məqsədilə ödənişsiz olaraq 128 biznes plan hazırlanıb.

Ümumilikdə, bu ilin birinci yarısında KOB subyektlərinin biznes üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq sahəsində lazımi informasiya ilə təmin olunması üçün KOBİA-nın təlim, məsləhət xidməti, biznes planın hazırlanması, video təlim platforması kimi dəstək alətlərindən 900-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Əvvəlki Yazı

“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirilib

Növbəti Yazı

Prezident pambıq istehsalçılarına qəbzin elektron formada verilməsini təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.