İyul 13, 2025-6:36
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Bakıda Azərbaycanla Gürcüstan arasında qatarla gediş-gəlişin bərpası müzakirə olundu

“Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpası vacibdir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrə, həmçinin turizm sahəsinə yeni stimul verə bilər”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə deyib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına əsasən, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində cari və perspektivli məsələlərin müzakirəsini aparıblar.

Görüşdə Azərbaycanla Gürcüstan arasında avtomobil, həmçinin dəmir yolu vasitəsilə yük daşımalarının templərinin artdığı vurğulanıb. Nazirlər Orta Dəhlizin əhəmiyyətini və artan rolunu xüsusilə qeyd ediblər.

Xatırladaq ki, Azərbaycanla Gürcüstan arasında koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martından quru sərhədlər bağlanıb və həmin tarixdən ölkələr arasında sərnişin qatarlarının hərəkəti də dayandırılıb.