Ukrayna Antikorrupsiya Fəaliyyət Mərkəzinin İdarə Heyətinin sədri Vitali Şabuninə qarşı hərbi xidmətdən yayınma ittihamı irəli sürülüb, o, səfərbərlikdən sonra faktiki olaraq bölməsinin yerləşdiyi yerə gəlməyib. Bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosu (DSB) məlumat yayıb.
“Hazırkı hərbi qulluqçu hərbi vəziyyətlə bağlı hərbi xidmətdən yayınma, habelə külli miqdarda dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmə maddəsi ilə ittiham olunub. Onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”, – deyə idarənin saytında bildirilir.
İstintaqın məlumatına görə, Şabunin 2022-ci ildə səfərbər edilib, lakin əmək haqqı alarkən “işgüzar səfərlər” bəhanəsi ilə müdafiə qüvvələrinə aidiyyatı olmayan mülki müəssisələrdə olub”. O, həmçinin Ukraynaya humanitar yardım kimi gətirilən yolsuzluq avtomobilindən şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham olunur.
Bundan əvvəl Ukraynanın “Strana” nəşri Şabuninin bu yaxınlarda Xarkov vilayətində cəbhə xəttinə göndərildiyini yazıb. Şabunin özü döyüş zonasına yerləşdirilməsini “müdafiə müqavilələrinin icrası zamanı cinayətlərə, habelə Vladimir Zelenski və ümumilikdə hökumətin siyasəti ilə bağlı digər tənqidi bəyanatlara görə cinayət məsuliyyətinin aradan qaldırılmasını təklif edən qanun layihəsinin tənqidi ilə” əlaqələndirir. (Tass)