ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff Qətərin paytaxtında keçirilən Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda hələ iştirak etmir. Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Mənbələrinin sözlərinə görə, Vitkoff Dohaya yalnız məsləhətləşmələr son mərhələyə çatdıqda gəlməyi planlaşdırır. Telekanal əlavə edib ki, Fələstinin HƏMAS hərəkatı hazırda BMT vasitəsilə anklavlara çatdırılacaq humanitar yardımın keyfiyyəti ilə bağlı bəndlərə düzəlişlər edir.