Avqust 23, 2025-22:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Komandası Asiya və Sakit Okean Regionunun “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

2025:07:14 - 10:05
in İQTİSADİYYAT
A A

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə yaradılmış Milli Elmi Komanda, Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq “APRSAF CanSat 2025” müsabiqəsində birinci yerə layiq görülüb.

AZƏRTAC-a bu barədə Azərbaycan Milli Kosmik Agentliyindən (“Azərkosmos”) məlumat verilib.

Məlumata əsasən, iyulun 12–13-də Yaponiyanın Vakayama şəhərində keçirilən beynəlxalq “CanSat” müsabiqəsində Azərbaycanı müxtəlif ali təhsil müəssisələrində təhsil alan dörd tələbədən ibarət komanda təmsil edib. Tələbələrə “Azərkosmos”un ekspert əməkdaşı mentorluq dəstəyi göstərib.

Müsabiqə çərçivəsində komandalar ölçüsü 124 mm uzunluqdan və 68 mm diametrdən kiçik, kütləsi 250-300 qram aralığında olan mini peyk modelini hazırlamalı və sınaqdan keçirməli idilər. Bu praktiki təcrübə tələbələrin tətbiqi bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Müsabiqədə Azərbaycanla yanaşı Çin, Yaponiya, Tailand və Filippin kimi Asiya regionu ölkələri iştirak edib. Bu da Azərbaycanın Asiya regionunun kosmik ekosisteminə uğurla inteqrasiya etdiyinin nümunəsidir.

Bu uğur Azərbaycanın kosmos, mühəndislik, STEAM və elmi sahələrdə artan nüfuzunu və kadr potensialını əks etdirir.

KOSMİK Akademiya ilə APRSAF və JAXA arasında formalaşan səmərəli və sistemli əməkdaşlıq çərçivəsində 2024-2025-ci tədris ili boyunca bir neçə beynəlxalq layihə uğurla həyata keçirilib. Bu layihələrə APRSAF Kosmik Poster Müsabiqəsi, Kosmos, Aviasiya və STEAM seminarı, eləcə də kosmik fəzanın müşahidəsi təşəbbüsləri daxildir.

Bu cür beynəlxalq əməkdaşlıqlar Azərbaycanda gənclərin kosmik sahədə bilik və marağının artırılmasına, ölkəmizin qlobal kosmik arenada mövqeyinin gücləndirilməsinə şərait yaradır.

Əvvəlki Yazı

“SİMA” ilə taksi səfərləri daha etibarlı!

Növbəti Yazı

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 5 il ötür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.