Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, torpaq münasibətlərinin müasir çağırışlara uyğun tənzimlənməsi, torpaqların idarə olunması, istifadəsinə nəzarət və mühafizəsində beynəlxalq təcrübənin tətbiqi vacibdir. O qeyd edib ki, Torpaq Məcəlləsinin yeni konsepsiyasında iqlim dəyişikliyi və onun təsirləri, təyinatdan kənar istifadə halları, mühafizə zonalarına riayət, torpaq sahələrinin konsolidasiyası və xüsusilə də özbaşına tikililərə qarşı yeni nəzarət mexanizminin yaradılması məqsədəuyğundur.
İclasda iştirak edən qurumların nümayəndələri sahə üzrə mövcud problemləri, hüquqi boşluqları və praktiki çətinlikləri diqqətə çatdıraraq torpaqların kadastr uçotu və idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı təkliflər veriblər.