Avqust 12, 2025-0:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

MEK cari ilin ilk yarımilində dövlətçiliyə dair daxil olan nəşrlərin virtual sərgisini təqdim edir

2025:07:15 - 10:11
in SİYASƏT
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) dövlətçiliyə dair fonduna daxil olan yeni informasiya resurslarının virtual sərgisinin 2025-ci il üzrə birinci buraxılışını təqdim edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, virtual sərgi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi günə həsr olunub.

Sərgilənən nəşrlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu, cəsarətli tədbirləri və düşünülmüş siyasəti nəticəsində respublikada baş verən dərin sosial-iqtisadi dəyişikliklər, yenidənqurma işləri elmi cəhətdən əsaslandırılmış şəkildə öz əksini tapıb. Azərbaycan və rus dillərində təqdim olunan nəşrlərdə şanlı Zəfər tariximizi əhatə edən kitablar, ən qədim dövrlərdən zəmanəmizədək Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslərin əks olunduğu dəyərli nəşrlər də yer alıb.

Bunların sırasında “Heydər Əliyev: Şəxsiyyətin miqyası və missiyası”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, “Heydər Əliyev: Yenilikçi düşüncəyə malik siyasətçi (1969-1982)”, “Tarixlərdən boylanan ömür”, “Azərbaycanın zəngin mədəniyyəti var: Ulu Öndər Heydər Əliyevin aforizm və kəlamları”, “Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil: monoqrafiya”, “Zəfər tariximizin fatehləri”, “İnkişaf – məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər”, “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar. I Cild” və digər əsərlər mövcuddur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF formatında yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.

Əvvəlki Yazı

Nazir Anar Əliyev Daşkəsəndə vətəndaşları qəbul edəcək

Növbəti Yazı

XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.