Avqust 12, 2025-12:18
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının siyahıyaalınması keçirilir

Bu gündən kənd təsərrüfatının növbəti siyahıyaalınması başlayır.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasında avqustun 15-dək kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcək.

Bu sahədə qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan kənd təsərrüfatının siyahıyaalınması ölkəmizdə cari il iyul ayının 15-dən avqustun 15-dək keçiriləcək.

On ildən bir aparılan siyahıyaalma ilə ölkəmizin tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaq.