Moskvanın danışıqlara hazırlığı müvafiq cavab tapmasa, Rusiya xüsusi hərbi əməliyyat vasitəsilə öz məqsədlərinə çatmağa davam edəcək. Bunu TASS-a ABŞ prezidenti Donald Trampın yeni planını şərh edən xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Lakin bu (Rusiya Federasiyasının Ukrayna üzrə diplomatik həllə üstünlük verməsi ) lazımi cavabı tapmasa, diplomatiya yolu ilə məqsədlərimizə nail ola bilməsək, o zaman SVO fəaliyyətini davam etdirəcək”, – nazir müavini bildirib.
“Bu, sarsılmaz mövqedir”, – baş diplomat vurğulayıb. “Biz istərdik ki, Vaşinqton və bütövlükdə NATO buna son dərəcə ciddi yanaşsın”. (Tass)