İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin cənubundakı eyniadlı vilayətin paytaxtı Əs-Suveyda şəhərinin təmizlənməsi əməliyyatı apararkən Suriya təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə azı 3 zərbə endirib. Bu barədə “Şam” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, təyyarələr ərəb qəbilə silahlı dəstələri ilə druz dağ özünümüdafiə qüvvələri arasında toqquşmaları dayandırmaq üçün cənub rayonlarına göndərilmiş Daxili İşlər Nazirliyinin və keçid hökumətinin Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının mexanikləşdirilmiş kolonnalarına hücum edib. Bundan əlavə, bir saat ərzində İsrail aviasiyası birbaşa şəhərə və onun ətraf ərazilərinə daha iki zərbə endirib. İsrailin hava hücumunun nəticələri barədə məlumat verilməyib.
Ərəb Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Həsən Əbdül Qaninin SANA agentliyinə verdiyi məlumata görə , hökumət qoşunları Əs-Suveydadan ağır texnika və silahları çıxarmağa başlayıb. Onun sözlərinə görə, şəhər və əyalət üzərində nəzarət təhlükəsizlik qüvvələrinə verilib və onlar qeyri-qanuni birləşmələrin yaraqlılarını tərksilah etməyə başlayacaqlar.