İyul 20, 2025-18:53
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan və Səudiyyə dənizçilik sertifikatlarını qarşılıqlı şəkildə tanıyacaq

Azərbaycan və Səudiyyə Ərəbistanı dənizçilik sahəsindəki sertifikatları qarşılıqlı şəkildə tanıyacaq.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edib.

Qeyd edək ki, Saziş 2025-ci il aprelin 28-də Ər-Riyadda imzalanıb.