ABŞ prezidenti Donald Tramp 50 gün ərzində Rusiyaya qarşı hansı tariflər və sanksiyalar tətbiq etməyə hazır olacağını bildirib.
“50 gündən sonra razılığa gəlməsək, pis olacaq”, – Amerika lideri Ağ Evin Cənub Qazonunda jurnalistlərlə söhbəti zamanı deyib. Onun sözlərinə görə, bu halda “Moskvaya qarşı tariflər və digər sanksiyalar tətbiq olunacaq”. Tramp hansı məhdudiyyətlərdən danışa biləcəyini açıqlamayıb. (Tass)