Amerika lideri Donald Tramp TASS-ın Rusiya prezidenti Vladimir Putinlə Ukrayna böhranını dərindən müzakirə etmək üçün ikitərəfli görüşü gözlədiyinə dair sualına dəqiq cavab verməyib.
Amerika lideri Ağ Evin Cənub Qazonunda jurnalistlərə açıqlamasında “Prezident Putinlə işlərin necə gedəcəyini görəcəyik. İndiyə qədər mən prezident Putindən çox məyus olmuşam. Son üç ayda bir çox müharibələrə son qoymuşam. Amma bu müharibəni hələ bitirə bilməmişəm” deyib.
“Bu, Baydenin müharibəsidir”, – deyə Tramp Ukraynadakı münaqişəyə toxunub.