İyul 31, 2025-1:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində Salyanda növbəti tədbir

2025:07:16 - 12:10
in MƏDƏNİYYƏT
A A

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində növbəti tədbir keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuş və agentliyin maliyyə dəstəyi ilə reallaşıb.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Məhərrəm Məmmədov çıxış edərək layihənin bölgə ictimaiyyəti üçün əhəmiyyətindən bəhs edib.

Layihənin rəhbəri Güllü Eldar Tomarlı məqsədlər, fəaliyyət istiqamətləri və görülmüş işlər haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bu təşəbbüs Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqinə, təbliğinə və bu irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Tədbir çərçivəsində kəlağayı, papaq, tirmə çalma və digər milli baş geyimlərindən ibarət sərgi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən nəşr olunmuş kitabları nümayiş olunub.

Layihə çərçivəsində növbəti tədbirlərin Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılır.

 

Əvvəlki Yazı

Maşınla yük daşıyan vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı” tələbi ləğv edilir

Növbəti Yazı

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.