İyul 29, 2025-21:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tərəqqi yolunun başlanğıcı– regionlarda tədbirlər

2025:07:16 - 17:20
in SİYASƏT
A A

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən fotostendə baxış olub.

Qeyd olunub ki, dövlətçilik tariximizdə Heydər Əliyev epoxasının müstəsna yeri var. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır.

Çıxışlarda Ümummilli Liderin Azərbaycanda bütün sahələrin inkişafına bəxş etdiyi töhfələrdən, o cümlədən mədəniyyət sahəsinin yüksəlişi naminə atdığı addımlardan, mədəniyyət işçilərinə, incəsənət xadimlərinə bəslədiyi qayğıkeş münasibətdən söz açılıb. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin böyük siyasi əzmi, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Zəfər natiqlərin çıxışlarında xüsusi vurğulanıb.

Tədbir rayon Mədəniyyət mərkəzinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

Mil-Muğan RMİ-nin təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Dəyirmi masada çıxış edən Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyət dövründə Azərbaycanı çətinliklərdən çıxardığını, milli ruhun, mədəniyyətin və cəmiyyətin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Qazanılan bütün uğurların Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ayşən Astanova və MKS-nin şöbə müdiri Zərifə Kərimova Ulu Öndərin müdrik siyasətindən və bu siyasətin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyindən danışıblar.

Əvvəlki Yazı

Yay mövsümündə ürək sağlamlığı: ən çox diqqət yetirilməli məqamlar

Növbəti Yazı

Şeyxülislam Allahşükür Paşazadə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.