Avqust 18, 2025-1:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda tarla seminarı keçirilib

2025:07:17 - 16:09
in İQTİSADİYYAT
A A

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda elmi-praktik tarla seminarı keçirilib. Tədbir günəbaxan bitkisinin seleksiyası, becərilmə texnologiyaları, xəstəlik və zərərvericilərlə mübarizə sahəsindəki yeniliklərin müzakirəsinə həsr olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarda Aqrar Xidmətlər Agentliyinin nümayəndələri, Samux, Goranboy və Göygöl rayonlarının dövlət aqrar inkişaf mərkəzlərinin, eləcə də Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) mərkəzlərinin və digər müvafiq qurumların rəhbərləri, mütəxəssisləri, fermerlər və institut əməkdaşları iştirak ediblər. Seminarın əsas məqsədi günəbaxan əkinlərində innovativ yanaşmaların tətbiqi, yeni sortların qiymətləndirilməsi və aqrotexniki tədbirlərin daha səmərəli planlaşdırılması olub.

Seminarda AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov günəbaxan bitkisinin ölkə üçün strateji əhəmiyyətini qeyd edərək, onun becərilməsində elmi yanaşmanın və seleksiya təcrübələrinin əhəmiyyətindən danışıb.

Aqrar elmlər doktoru Ələddin Tağıyev introduksiya olunmuş sortların biomorfoloji xüsusiyyətləri və seleksiya üçün ilkin material kimi qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Tarla şəraitində keçirilən seminar zamanı iştirakçılara günəbaxan bitkisinin becərmə texnologiyası, torpaq hazırlığı, gübrələmə, suvarma və məhsul yığımına dair müasir metodlar barədə praktiki izahlar verilib. Əkin sahələrində müşahidə olunan əsas zərərvericilər və onlara qarşı bioloji və kimyəvi mübarizə üsulları haqqında ətraflı söz açılıb. Həmçinin günəbaxan əkinlərində geniş yayılmış kəhrə (Orobanche) alaq otu ilə bağlı da əyani şəkildə təqdimat keçirilib. Kəhrənin parazitlik xüsusiyyəti canlı bitki üzərində nümayiş etdirilib, onun yayılma şəraiti və törətdiyi zərərlər izah olunub. Bu alaq otuna qarşı profilaktik və kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılmasının məhsuldarlığa birbaşa təsir etdiyi vurğulanıb.

Seminarın sonunda iştirakçılar sahəyə baxış keçirərək tətbiq olunan texnologiyaları yerində müşahidə edib, təcrübə mübadiləsi aparıblar.

 

Əvvəlki Yazı

Babəkdə tingçilik sahələrində payız əkini mövsümünə hazırlıq görülür

Növbəti Yazı

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.